Böyükdən kiçiyə, az qala bütün internet istifadəçiləri sadə bir aksiomu gözəl bilirlər: nə qədər meqabit çox olacaqsa, bir o qədər də internet paketinin QİYMƏTİ artacaq. Elə buna görə də büdcəyönümlü təkliflərin aktuallığı həmişə yüksək olmuşdur. Çünki, hər bir alıcı variantları nəzərdən keçirəndə, həm qiymətə, həm keyfiyyətə, həm də ki, təqdim olunan imkanlara diqqət yetirir.