CLİPTV-yə qoşulmaq üçün mövcud internetin stabil sürəti 2 Mbit/s-dən az olmamalıdır. İnternet istənilən yerli və ya xarici provayderdən alına bilər. Bu həm fiber-optik, həm 3G/4G mobil, həm də ki stabil sürətli ADSL internet ola bilər.
Standart TV qəbuledicisi vasitəsilə CLİPTV-yə qoşulmaq üçün CLİPTV-Box cihazından istifadə olunur.
SMART TİPLİcihazlar (SMART TV qəbuledicisi, planşet və smartfonlar) vasitəsilə CLİPTV-yə qoşulmaq üçün AppStore-dan və ya PlayMarket-dən mobil əlavənin yüklənməsi tələb olunur.
http://portal.cliptv.az/ səhifəsi vasitəsilə qeydiyyatdan keçdikdən sonra telefonunuza SMS-lə login və parol göndərilir. Akkauntun balansına ən azı 10 AZN ödəyib, təqdim olunan paketlər siyahısından istədiyiniz kanallar paketini seçirsiniz və həmin paketə abunə olursunuz.
CLİPTV xidmətindən istifadə üçün video-dərsliklərlə burada tanış ola bilərsiniz.