Bİr daha baxaq!

Bir daha baxaq! "Baxılanların tarixçəsi" funksiyası Sizə, bəyəndiyiniz veriliş və ya filmləri yenidən seyr etmək ləzzətini bəxş edəcək.

Tablet

Hər bir kompüter istifadəçisi “Yüklənənlərin tarixçəsi” adlı funksiyanın nə qədər mühüm olduğunu çox yaxşı bilir. Bu opsiya, Sizin adını yaddan çıxardığınız faylı, ünvanı, saytı tezliklə bərpa etməyə imkan verir. Bunun üçün sadəcə opsiyaya daxil olmaq və günlərə müvafiq olaraq lazımi faylı tapmaq lazımdır.

Notebook

Elə CLİPTV də öz istifadəçilərinə belə bir imkanı verir. Bunun üçün xüsusi “Baxılanların tarixçəsi” adlı opsiya yaradılmışdır. Sual oluna bilər ki, televiziyada belə bir funksiyanın olması nə dərəcədə zəruridir? Hər şey çox sadədir. Bəzən biz hansısa filmin, verilişin və ya kanalın adını yadımızdan çıxarırıq. Amma yenə də baxmaq istəyirik və ya kiməsə məsləhət görürük. Lakin, tamamilə yaddan çıxıb, heç cürə xatırlaya bilmirik.

s
Mobile phone

Özünüzü heç əziyyətə salmayın. Bunu Sizin əvəzinizə “Baxılanların tarixçəsi” opsiyası yerinə yetirəcəkdir. Oraya daxil oluruq, bütün baxdıqlarımızı günbəgün bir daha nəzərdən keçiririk və... nəhayət, axtardığımızı tapırıq. Beləliklə, CLİPTV daha əvvəl təcrübədən keçmiş funksiyadan istifadə etməklə problemi həll etmiş oldu.