Sizin evinizdə hal-hazırda hansısa ənənəvi televiziyalardan biri işləyir. İndiki zamanda isə belə televiziyalarla heç kimi təəccübləndirmək mümkün deyildir. Bu, gündəlik həyatımızın bir hissəsinə çevrilmişdir. Beləliklə, Siz televizor qarşısında əyləşib seçdiyiniz kanalda sevdiyiniz seriala baxırsınız. Sizi məhz bugünkü seriyada nələrin baş verəcəyi maraqlandırır, çünki serialda gedəcək sonrakı hadisələr bundan asılı olacaqdır. Amma birdən problem çıxır. Sən demə, ailə üzvlərindən heç də hamını serial maraqlandırmır. Bəziləri kanalı çevirməyi və Çempionlar Liqasının oyununu izləməyi tələb edir. Hələ ailənin kiçik üzvlərini demirik: onlar bütün günü gözləmişlər ki, nağıl filminə baxacaqlar. Bəs nə etməli? Əlavə müxtəlif televiziyalara yenidən abunə olunsunmu? Çıxış yolu nədədir?