Adətən valideynlər çalışırlar ki, uşaqlar bu və ya digər məlumatı müəyyən yaşdan və ya müəyyən vaxtdan tez almasınlar. Müasir zamanda internetin hər bir evə girə bilmək imkanları nəzərə alınsa, onda məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinin çətinliyi daha aşkar olar. Standart kabel televiziyasında uşaqların baxmasını məhdudlaşdıran və ya qadağan edən funksiyalar nəzərdə tutulmamışdır. Halbuki, bir çox verilişlərdə baxılması məsləhət görülən yaş senzi göstərilir. Məsələn, övladlarımızı bəzi filmlərdə göstərilən dəhşət səhnələri və aqressiyadan necə qorumalı?