Ənənəvi televiziyanın təklif etdiyi rəngarəng kanal siyahısında elələri də olur ki, ümumiyyətlə baxılmır, hətta bəzi kanalları isə heç kanal siyahısında görmək belə istəmirik. Bəzi bu tip kanalların mövcudluğu və rahat baxıla bilməsi, adətən mənfi psixoloji və tərbiyəvi nəticələrə səbəb ola bilmə təhlükəsi yaradır. Xüsusən də, bir çox ailələrdə uşaq psixologiyasını belə kanallardan qorumaq istəyi olur. Belə ki, uşaq psixologiyası çox zərif və tez zədə almaq xüsusiyyətlərinə malikdir. Əfsus ki, ənənəvi televiziyasının imkanlarında belə önləyici funksiyalar nəzərdə tutulmamışdır.