Hər gün ənənəvi televiziya proqramlarına baxdıqca, beynimizdə hansısa prioritet – baxmağa daha çox üstünlük verilən bir kanal siyahısı yaranır. Əlbəttə, deyə bilərsiniz ki, bunun üçün axtarış sistemi vardır - bir o qədər rahat olmasa da, verilişlərə baxmağa imkan verir. Bəs birdən, bu verilişlərə sona kimi baxmağa imkan olmasa necə olsun? Və yaxud, xoşunuza gələn filmi yarımçıq qoymağa məcbur olanda nə etməli? Ya da ki, məsələn, ingilis dili dərsləri üçün BBC kanalının içində çətin və narahat bir axtarış aparmalısınız…