İnformasiya texnologiyalarının inkişaf sürəti insanı heyrətə gətirməkdən doymur. Sanki elə dünən ən kamil və mümkün ola bilən funksiyalı videomaqnitofon var idi. Sonra CD diskli reader, daha sonra ənənəvi televiziya ilə birlikdə peyk televiziyası... Adama elə gələ bilər ki, artıq inkişafın son həddinə çatılıb. Görəsən daha nəyi yaxşılaşdırmaq mümkündür?