Müasir həyat öz şərtlərini bizə diktə etməkdədir. Bu həm də özünü ənənəvi televiziya və internetin olub-olmamasında göstərir. Hələ cəmi 50 il bundan qabaq təsəvvür belə etmək mümkün deyildi ki, əlimizin altında 200-dən çox kanal ola bilər. Seçim isə, kəmiyyət baxımından, o qədər genişdir ki, baş çıxarmaq belə çətindir. Amma indi bu – bir reallıqdır. Elə bir reallıq ki, ona çox tez öyrəşirsən və bir müddət olmayanda özünü narahat hiss edirsən. Lap yanında, əlinin altında öyrəşdiyin müxtəlif kanalları, keyfiyyətli verilişləri, geniş imkanları ilə birlikdə televizoru görməyəndə sanki özünü tənha hiss edirsən. Bu hiss, Siz ezamiyyətə, istirahətə və ya bağ evinə gedəndə özünü daha çox büruzə verir.