Kinoya getmək – həmişə əlamətdar bir hadisə olmuşdur. Geniş zal, böyük ekran, filmin özü, popkorn... Amma bu məsələnin bir tərəfidir. Məsələn, skeptik adam deyəcək ki, kinoteatra getmək üçün gərək ictimai nəqliyyatda, ya da öz avtomobilinizdə harayasa getmək lazımdır, yollarda tıxac, maşını parklama problemləri, həmişə yaxşı olmayan hava, biletlər baha, bəlkə heç film də xoşuna gəlmədi, amma onu başqasına çevirə də bilmirsən və sairə və ilaxirə... Xülasə, evdə daha yaxşıdır, rahatdır. Divan və ya sevimli kürsü, konfetlə, ya mürəbbə ilə bir fincan çay...