Hesab edək ki, Siz hansısa bir ənənəvi televiziyalardan birinə qoşulmusunuz. Burada da peyk yayımına bağlı olmayan çoxlu sayda kanal vardır. Beləliklə də, lap əlinizin altında müxtəlif kanallar, filmlər, yeniliklər, verilişlər... Amma... Bir “əmma” var – Zaman. Ənənəvi televiziyalarda gedən hər bir şey real vaxt rejimində və ya hansısa müəyyən zaman dəhlizi çərçivəsində yayımlanır. Bu isə o deməkdir ki, əgər hansısa filmə, verilişə, kanala, proqrama göstərilən vaxtda baxa bilmədinizsə, onda artıq bunlara baxmaq praktiki olaraq mümkün olmayacaqdır. Məcbur olub baxa bilmədiklərinizi internet məkanlarında arayacaqsınız. Əlbəttə ki, əgər onu da tapa bilsəniz. Demək, burada başqa həllər lazımdır.