Optİmallıq

Optimallıq. CLİPTV-nin intellektual proqram təminatı vasitəsilə elektrik enerjisi və internetin sərfiyyatının, habelə, avadanlığın istismarının ən sərfəli formalarda aparılması mümkündür.

Tablet

CLİPTV Box resiveri əldə etdikdən və onun fərqli imkanları ilə tanış olduqdan sonra Siz düşünə bilərsiniz ki, bütün bunlar çox yaxşıdır, amma bu cihazın gündəlik istismarını necə edək? Görəsən belə istismarın “astarı üzündən baha başa gəlməyəcək ki...”? Çünki, adətən böyük imkanlar, böyük həllər, böyük də maliyyə və zəhmət məsrəfləri tələb edir.

Notebook

Məsələn, CLİPTV Box resiveri evin bütün internet-büdcəsinin, həm də elektrik enerjisi sərfiyyatının normasının bəlkə də axırına çıxacaq. Belə isə qəti narahat olmağa dəyməz. CLİPTV Box resiver, elektrik enerjisinin qənaətinə hesablanaraq layihələndirilmişdir. Ona görə də narahatlığa əsas yoxdur. Resiver keyfiyyətli şəkildə hazırlanmış və sutkada 24 saat rejimində fasiləsiz iş üçün nəzərdə tutulmuşdur.

s
Mobile phone

İnternet sərfiyyatı məsələsinə gəldikdə isə resiver, cəmi 2 meqabit internet sərf edir. O, bütün imkanlarını təqdim etməklə, televizorun fasiləsiz internet bağlantısını təmin edir. Bununla da CLİPTV internetlə bağlı da istismar məsələsində narahatlıqları aradan qaldırır. CLİPTV həllərinin optimallaşdırılması – həm də elə Sizin də xərclərinizin optimallaşdırılması deməkdir.