Hansısa xarici dili təzə-təzə öyrənən adam adətən həmin dildə filmə baxanda heç nə başa düşmür. Halbuki ayrı-ayrı sözləri tərcümə edə bilir, hətta bəzi cümlələrin mənasını da başa düşmək iqtidarındadır. Amma əgər dilin intensiv öyrənilməsi proqramına bilavasitə xarici dil “daşıyıcılarının” danışdığı filmlərin, proqramların, verilişlərin baxılması mütləqdirsə, onda müəyyən çətinliklər yaranır. Bu halda, CLİPTV yenə də öz maraqlı həlli ilə çıxış edir – proqramlar, filmlər, kanallar dörd dildə: Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilir.