Mənİm öz buludum

Mənim öz buludum. İnternet olan hər yerdə bəyənilib seçilmiş telekanallar, yaddaşda saxlanılmış veriliş və filmlər dəstindən təşkil edilmiş virtual bir bulud yanımızda olacaqdır.

Tablet

Müasir internet texnologiyaları bizim söz lüğətimizi əhəmiyyətli dərəcədə zənginləşdirmişlər. İndi biz hər gün elə anlayışlar, elə sözlərlə rastlaşırıq ki, cəmi 20 və ya 30 il bundan qabaq onlar barədə heç eşidilməmişdi. Bu gün isə bu sözlər o qədər adiləşiblər ki, biz heç onları gündəlik həyatımızda necə istifadə etdiyimizin fərqinə belə varmırıq. Budur, bu gün də televiziya istifadəçiləri arasında hələlik geniş yayılmamış belə terminlərdən biri artıq müasir cəmiyyətdə öz yerini tutmaqdadır. Eyni zamanda bu termin həm də internet texnologiyaların bir opsiyası kimi qüvvədədir. Elə bir opsiya ki, Sizə rahat baxış imkanı verməklə yanaşı, həm də söz lüğətinizi zənginləşdirəcəkdir. Və bəlkə Siz bu termini məmnuniyyətlə istifadə etməyə başlayacaqsınız.

Notebook

Beləliklə, tanış olun: “Bulud”. Bəs onu necə tətbiq edək? CLİPTV Sizin bütün seçdiklərinizi profilinizdə əks etdirən və saxlayan bir həll hazırlamışdır. Bu – seçdiyiniz kanallar, proqramlar, filmlər, verilişlər və sairədir. Yəni, hər nəyi ki, Siz lazımlı bilib seçmisiniz. Maraqlıdır ki, bu zaman seçdikləriniz Sizin baxıb-baxmadığınızdan və ya yarımçıq baxdığınızdan asılı olmayaraq toplanmışdır. İndi isə Siz öz istəyinizlə həm qaldığınız yerdən, həm də başlanğıcdan da baxmağa davam edə bilərsiniz. Profilinizdə saxlanan bütün informasiya, onu formalaşdırdığınız yerdən, məsələn televizorunuzda, planşetdə və ya telefonda saxladığınızdan asılı olmayaraq yaddaşda qalır.

s
Mobile phone

Bütün bu informasiyanın saxlandığı yer isə elə Sizin “buludunuzdur”. Yəni, Sizin informasiya sisteminiz məhz bu terminlə işarə olunur. Bununla da istirahətdə, şəhər kənarında, xarici ölkədə və ümumiyyətlə, internet olan hər hansı bir yerdə olmağınızdan asılı olmayaraq, Sizin saxlanc yerinizə - öz buludunuza əliniz çatır. Buludunuzda isə hansı dəyişiklikləri istəsəniz həyata keçirə bilərsiniz: köhnə, arıq baxdıqlarınızı silə bilərsiniz, oraya yenilərini əlavə edə bilərsiniz. Bu, Sizin şəxsi saxlanc sisteminizdir. Tam əminliklə deyə bilərsiniz: “Mənim öz buludum var”.

Read more