Keçən əsrin 90-cı illərinə qədər anadan olmuş əksər televiziya tamaşaçıları qəzetlərdə çap olunan həftəlik və ya gündəlik televiziya verilişlərinin proqramını yaxşı xatırlayırlar. Bu proqramlar qəzetlərdən kəsilib götürülür və həmişə evdə əl altında olurdu. Bir qayda olaraq, proqramlarda filmlər və onların nümayiş olunması vaxtı qələmlə qeyd olunurdu. Müasir dillə desək – bu, o zamanın çox rahat bir opsiyası idi.