Əgər Siz artıq televizorunuzun internetə qoşulması məsələsi ilə üzləşmisinizsə, onda yəqin ki, internet məkanında bu və ya digər filmin, ya proqramın axtarış sisteminin nə qədər narahat olmasını hiss etmisiniz. Hələ buraya seçdiyiniz kanalda proqram siyahısının özünün də rahatsızlığı əlavə olunur. Əlbəttə, deyə bilərsiniz ki, vəziyyətdən çıxış yolu kimi digər televiziya növləri də mövcuddur. Onlarda da çox sayda hazır kanal siyahısı təqdim olunur. Amma yenə də, hansısa filmin, sevimli verilişin və ya proqramın tamamilə narahat axtarış opsiyası vardır.
Bəs niyə bu narahatlığı kifayət qədər kəskin hiss etmirik? Sadəcə yalnız ona görə ki, internet və ya ənənəvi televiziyadan gündəlik istifadə nəticəsində lazımi verilişlərin axtarışı artıq vərdiş halını almışdır. Amma bütün kanallar və proqramlar istifadəçi üçün sistemləşdirilib, sadələşdiriləndə rahatlığınızdakı kəskin fərq görünməyə başlayır. Məsələn, bütün idman kanalları bir “İdman” başlığı altında yığılıb. Və Siz sadəcə bu başlığa daxil olmaqla yalnız idman verilişlərinə aid olan kanalları əldə etmiş olursunuz.
İndi isə təsəvvür edin ki, CLİPTV-yə daxil olursunuz və artıq ayrı-ayrı başlıqlar altında bölünmüş profillər alırsınız. Misal üçün, 200 kanalımız var. “Kateqoriya” klavişasını seçirik və həmin andaca bir neçə kateqoriya açılır: idman, seriallar, detektiv, uşaq aləmi, filmlər, verilişlər, kanallar və s. Bu filtrlər bir göz qırpımında Sizi lazım olan yerə yönəldir. Futbola baxmaq istəyirdiniz? Gözünüz qarşısında yalnız seçilmiş idman kanalları vardır. Və artıq Siz nəinki istədiyiniz oyuna baxa bilirsiniz, hətta digər idman kanallarında gedən müxtəlif maraqlı və cazibədar idman oyunları da əlinizin altında olur.
Hər hansı kanalda yayımlanan veriliş və ya film kanalın əsas tematikasından kənara çıxırsa, bunun qarşısını almaq qeyri-mümkündür.